Kanada İranda fəaliyyət göstərən səfirliyin işini dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanada həm də bütün iranlı diplomatları Ottavadan çıxarır.
Bu barədə ölkənin xarici işlər naziri Con Berd yazılı açıqlamasında bəyan edib. "İranla Kanada arasında diplomatik əlaqələr dayandırılıb. Bütün kanadalı diplomatlar artıq İranı tərk ediblər. Ottavadakı iranlı diplomatlara ölkədən çıxmaq üçün 5 gün vaxt verilib",- deyə o bildirib.
Berd bu addımı İranın Suriyaya yardımı və nüvə proqramı ilə izah edib: "Kanadanın İran rejiminə münasibəti yaxşı məlumdur. İran rejimi Bəşər Əsəd hökumətinə hərbi yardım göstərir, özünün nüvə proqramına dair BMT qətnamələrini yerinə yetirməkdən imtina edir, daima İsrailin mövcudluğuna təhlükə törədir və irqçi, antisemit çıxışlar edir. Kanada hökuməti İranı terrorçuluğa yardım göstərən ölkələr siyahısına daxil edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB