Kanada hökuməti ölkədəki İran səfirliyinin qapadılmasına dair göstəriş verib. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Ölkənin xarici işlər naziri Con Beyrd iranlı diplomatların 5 gün ərzində ölkə hüdudlarından çıxarılacağını bəyan edib.
Kanada hökuməti bu gözlənilməz qərarı İranın nüvə proqramı və Suriya münaqişəsində Bəşər Əsədə dəstək olması ilə əlaqələndirib. Beyrd bəyanatında İranın hazırda dünya təhlükəsizliyinə ən böyük təhdid olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB