Gürcüstanın sevinci uzun sürmədi

Gürcüstanın sevinci uzun sürmədi

2013-cü ildən Gürcüstan vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi ilə bağlı məlumata təkzib gəlib. Gürcü mətbuatının verdiyi məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb.

"Gürcüstanın Avropa Birliyindəki daimi nümayəndəsi Salome Samadaşvili bəyan etmişdi ki, 2013-cü il Gürcüstan üçün vacib il olacaq. Çünki 2013-cü ildə AB ilə azad ticarət haqqında danışıqlar bitəcək. Samadaşvili ümidvar olduğunu bildirmişdi ki, bu vaxtadək artıq Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə qisamüddətli vizasız səfərlər edə biləcək", - deyə Gürcüstanın xarici siyasət idarəsi diplomatın açıqlamasına aydınlıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə