Obama yalvarır

ABŞ prezidenti Barak Obama Demokrat Partiyasının qurultayında 6 noyabrda keçiriləcək seçkilərdə namizədliyini irəli sürdüyünü açıqlayıb. SİA-nın məlumatına görə, Demokrat Partiya qurultayının son günündə 6 min nümayəndə və minlərlə rəsmi qonağa xitab edən Obama, 2008-ci il prezident seçkisində "yenilik" sözünü verdiyini və xalqdan bu yenilikləri daha da səylə həyata keçirmək üçün dəsdək istədiyinin gündəmə gətirib: "Amerikan xalqı hazırda çox əhəmiyyətli bir məsələ ilə qarşı-qarşıya durur".

"Mənim söylədiyim "yenilik" və yenilikləri yaradanlar siz idiniz. Bu yoldan dönsəniz, sizin səsinizin yerini lobbiçilər və 10 milyon dollarlıq çekə sahib olanlar tutacaq" - deyən Obama, ABŞ-ın qarşı-qarşıya olduğu problemləri qısa zamanda həll edə bilməsədə, bütün problemlərin və çətinliklərin həllinə nail olacağını bildirib.

Yenidən prezident seçilməyi və yenilikləri uğurla davam etdirmək iqtidarında olan Obama onu da vurğulayıb ki, "Heç bir zaman Amerika haqqında bu qədər ümidli olmamışdım, indi isə məndə bu istəyi və ümidi yaradan sizsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə