İntiqam alındı!

Türkiyənin Beytüşşebap mahalına hücuma keçən terroristlərdən 18-nin ələ keçirildiyi bildirilib. SİA-nın türk saytlarına istinadən verdiyi xəbərə görə, Beytüşşebap mahalında sentyabrın 2-də terror təşkilatının etdiyi hücumda şəhid olan 10 əsgərin intiqamı alınıb. Bu hadisədən sonra xüsusilə Kato Dağında gedən əməliyyatlar başda olmaqla digər başladılan əməliyyatlar da davam edir.

Əməliyyat zamanı 18 teroristin mahal mərkəzinə hücum etdikdən sonra qaçaraq geri çəkilib mağaraya sığındıqları təsbit olunub. Teroristlərin Diyarbəkirdən qalxan hərbi vertolyotları ilə birgə Şırnak 23. Sərhəd Diviziya Komandirliyindən qalxan kobra və skorsky vertolyotları tərəfindən ələ keçirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə