Gəmi fəlakəti

İzmirin Menderes ilçəsi sahilləri yaxınlığında içində 100-dən artıq qanunsuz mühacir daşıyan gəmi batıb. SİA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, gəmidə ölənlərin sayı 61-ə çatıb. 46 nəfər isə dənizdən sağ halda xilas edilib.

Rəsmi açıqlamada ölənlərin arasında 11 kişi, 18 qadın, 28 uşaq və 3 körpə olduğunu bəyan edilib. Həyatları xilas edilən fələstinli və suriyalı mühacirlər isə xəstəxanalara yerləşdirilib.

Hadisədən sonra araşdırma aparan polislər iki təşkilatçı türkü saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə