Suriyada vəziyyət gərgin olaraq qalır. Artıq bu ölkənin dövlət televiziyası verilişlərini dayandırıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Suriya dövlət televiziyasının bağlanması Ərəb Birliyinin qərarı ilə reallaşıb. Misir peyki Nil Sat vasitəsilə yayımlanan Suriya dövlət televiziyasının yayımı çərşənbə günü verilən qərara əsasən dayandırılıb. Ərəb Birliyi üzvləri hələ iyulun 19-da bəyan etmişdilər ki, Nil Sat peyki vasitəsilə yayımlanan rəsmi televiziya yayımını dayandırmalıdır.
Digər tərəfdən Suriya İnformasiya Nazirliyi rəsmi xəbər agentliyi SANA-ya açıqlamasında qərara mənfi reaksiya verib və bu qərarı qınayıb. Nazirliyin şərhində deyilir ki, dövlət televiziyasının yayımının dayandırılması Suriyanı hədəfə alan qərardır.
Bildirilir ki, bununla müqavilə şərtləri və mətbuat azadlığı pozulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB