Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Belə bir bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə brifinq zamanı NATO baş katibi Andreas Foq Rassmusen çıxış edib. Onların görüşü Tiflisdə Prezident Sarayında keçirilib. Görüş media üçün qapalı olub.
Rusiya baş naziri Dmitri Medvedevin "2008-ci ildəki müharibənin məqsədi Gürcüstanın NATO-ya qəbulunu əngəlləmək idi" bəyanatını şərh edən Rassmusen etiraf edib ki, həqiqətən də o zaman bu plan zərbə altında qalıb.
NATO baş katibi həmçinin qeyd edib ki, Gürcüstanın NATO-ya qəbulunu heç kim əngəlləyə bilməz. Çünki bu, müəyyən tələbləri yerinə yetirən istənilən dövlətin haqqıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB