Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi "siyasi meyit" adlandırıb. Bu barədə məlumatı CNN-türk yayıb.
Ərdoğan deyib: "Əvvəl axır suriyalılar qələbə qazanacaqlar. Buna mənim şübhəm yoxdur. Hazırkı vəziyyət də bundan xəbər verir. Əgər biz, BMT-nin Təhlükəsizlik Şurasının bütün üzvləri, birlikdə addımlar atsaq, nəticəni tez əldə edərik. Rusiya, Çin və İran Əsəd rejiminin sonunun şahidləridirlər".
Ərdoğan xüsusi vurğulayıb ki, Moskvadan və Pekindən Suriyadakı hazırkı rejimə qarşı çıxdıqlarını eşitmək istəyir.
Türkiyənin baş naziri eyni zamanda Suriya ilə sərhəddə uçuşsuz zonanın yaradılmasının vacibliyini önə çəkib. Bildirib ki, əgər bu addım atılmasa, 1995-ci ildə Srebreniçada olduğu kimi kütləvi qətllər baş verəcək: "Rejim havadan hücum edir. Ona görə də öncə bu zonanı yaratmaq lazımdır. Əks halda biz çox risq etmiş oluruq. Bundan sonra bufer zonanın yaradılmasına baxmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB