İsrail Türkiyədən üzr istəyəcək!

İsrail Türkiyədən üzr istəyəcək!

Türkiyə mediasına sızan məlumatlarda Petreusun Türkiyə-İsrail münasibətləri məsələsinə də toxunduğu, iki ölkə arasında gərginləşən münasibətlərin əvvəlki axarına dönməsi üçün ABŞ rəhbərliyinin əlindən gələni etdiyini Türkiyə rəhbərliyinə çatdırdığı bildirilir.

Türkiyədəki rəsmi təmaslarını bitirdikdən sonra MKİ direktoru İsrailə gedib. Türk mətbuatında müzakirə olunan məsələrdən biri, "Mavi Marmara" qətliamına görə İsrailin Türkiyədən rəsmən üzr istəsməsi, bu məsələnin həllində Petreusun vasitəçilik edəcəyinə söz verməsidir.

Petreusun Türkiyəni İsraillə barışmağa sövq etmək üçün bu ölkəyə gəldiyi iddia olunur. Yayılan xəbərlərdə ABŞ-ın Aviqdor Libermanı Türkiyədən üzr istəməyə məcbur edəcəyi deyilir. Gərgin Türkiyə-İsrail münasibətləri ABŞ-a regionda öz planlarını reallaşdırmağa maneəçilik törətdiyindən, Ağ ev bu problemi öz nüfuzundan istifadə edərək həll etməyi planlaşdırır.

Türkiyə səfərinin ardından dərhal İsrailə keçən MKİ direktorunun İsrail rəhbərliyini "Mavi Marmara" qətliamına görə Türkiyədən üzr istəməyə sövq edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə