Barak Obamanın ikinci cəhdi

ABŞ-da Demokratlar Partiyası noyabrda keçiriləck prezident seçkisində Barak Obamanın namizədliyini rəsmən elan edib. Bu barədə partiyanın qurultayında qərar verilib. Onun namizədliyini keçmiş prezident Bill Klinton açıqlayıb.

Klinton çıxışında Obamanı xaricdən soyuq, daxildən isə ürəyi Amerika üçün yanan bir adam olduğunu deyib. "Əgər hər kəsin bərabər hüquq və məsuliyyətə sahib olmasını. hər kəsin bir biri üçün var olduğu topluma sahip Amerika istəyirsinizsə Obama və Baydenə səs verməlisiniz", - deyib.

Qurultay üzvləri vitse-prezident Cozef Baydeni də yenidən bu posta namizəd kimi qeyd ediblər.

Xatırladaq ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Mitt Romni olub. Son sorğuların nəticələrinə görə, Barak Obama və Mit Romninin reytinqləri demək olar ki, bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə