Afyonkarahisarda silah-sursat anbarında dünən gecə saat 21:15-də partlayış meydana gəlib. Baş qərargahın nümayəndələri partlayışda 25 əsgərin şəhid olduğunu, 4-nün isə yaralandığını açıqlayıb.
Silah anbarında baş verən partlayışın səbəbi haqqında fərqli fikirlər meydana çıxıb. Hadisə yerindən Meşə və Su İşləri Naziri Veysəl Eroğlunun verdiyi açıqlamada: "Partlayış qəza nəticəsində meydana gəlib"-deyilib. Baş qərargah rəisi isə verdiyi yazılı şərhdə hələ partlayışın səbəblərinin məlum olmadığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB