Bir qədər əvvəl dünyanın əsas aparıcı kütləvi informasiya vasitələri Kosta Rikada Rixter cədvəli ilə 7.9 bal gücündə zəlzələ baş verdiyi haqda məlumat yayıb. ABŞ Geoloji Tədqiqat Xidmətinin verdiyi məlumata görə, zəlzələ ölkənin şimal-qərb əyalətində, Samara şəhərinin bir neçə kilometrliyində qeydə alınıb. Zəlzələnin yerin 45 km dərinliyində baş verdiyi bildirilir.
Qurumun rəsmisi bu gücdə zəlzələnin bütün Karib regionunda dağıdıcı sunami yarada biləcəyi ehtimalını irəli sürüb. Kosta Rikada itkilər və dağıntılar barədə məlumat verilməsə də, bir çox yaşayış rayonlarında elektrik təchizatının kəsildiyi xəbər verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB