Türkiyə Fransaya nota verdi

Qondarma "erməni soyqırımını" dərsliklərə daxil etdiyinə görə rəsmi Ankara Fransaya nota verib. Türkiyə mətbuatı xəbər verir ki, TR-nin Parisdəki səfiri rəsmi etirazı Fransanın Xarici İşlər və Təhsil nazirliklərinə təqdim edib.

Notada bildirilir ki, dərsliklərə daxil edilən belə məlumatlar saxtadır və onların heç bir əsası yoxdur. Ona görə də Ankara Fransa rəhbərliyindən bu məsələyə yenidən baxmağı tələb edib.

Sənəddə o da vurğulanır ki, türk əsilli Fransa vətəndaşları da rəsmi Parisin bu qərarını pisləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə