Çinlilər yadplanetlilərin axtarışına çıxıb

Çinlilər yadplanetlilərin axtarışına çıxıb

Çin mütəxəssisləri Antarktida qitəsinin ən yüksək nöqtəsində Yerdən kənar həyatın axtarışı üçün teleskoplar quracaqlar. Çin astronomları yerəbənzər planetləri axtarmaq üçün Antarktidaya yola düşmək qərarına qəliblər.

Artıq Antarktida qitəsinin ən yüksək nöqtəsi olan Arqusun Günbəzi platosunda Antarktida tədqiqat teleskoplarının üçündən biri quraşdırılmışdır. Teleskopu idarə etmək üçün peyk əlaqəsi və avtomatikadan istifadə olunur, bu da onun imkanlarını məhdudlaşdırır.

Bununla əlaqədar olaraq Çin növbəti ilin yazında mövcüd planetlərin axtarışı ilə məşğul olacaq mütəxəssisləri bilavasitə Antarktida rəsədxanasına göndərməyi planlaşdırır.

Çin alimləri Yer kürəsinə bənzər ən azı 10 planeti tapmağa ümid edirlər. Çin Antarktida Astronomiya Mərkəzinin direktoru Vanq Lifanın sözlərinə görə, belə planetlərin mövcudluğu Yer kürəsindən minlərlə işıq ili məsafədə olsa belə realdır.

Bütün xəbərlər Facebook səhifəmizdə