Mərhum liderin məzarı açılacaq

Mərhum liderin məzarı açılacaq

Fransız müstəntiqlər Fələstinin mərhum lideri Yasər Ərəfatın məzarını açacaqlarını bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərinə görə, bu haqda bu gün Yasər Ərəfatın həyat yoldaşı rəsmi şəkildə bəyanatla açıqlayıb.

Qeyd edək ki, Yasər Ərəfat 2004-cü ildə Fransa xəstəxanalarından birində müəmmalı şəkildə vəfat edib. Ərəfatın həyat yoldaşının tələblərindən sonra Fələstinin hazırki prezidenti Mahmud Abbas bu yay Ərəfatın məzarının açılmasına razılıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə