2 terror təşkilatı ortaqdır

Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA terror təşkilatı tərəfindən türkcə qələmə alınmış hədə məktubu göndərilib. Macarıstandan ölkəsinə qaytarılan azərbaycanlı zabit Ramil Seferovun əfv edilməsinə reaksiya olaraq yazılan məktubda, azərbaycanlı diplomatlar, xaricdəki azərbaycanlı tələbələr, iş adamları və diaspor təşkilatları hədəf olaraq göstərilib.

Ölüm hədələrinin göstərildiyi məktubda ASALA terror təşkilatı PKK-nın silahlı hərəkətinə dəstək verdiyini bildirib. Məktubda türklərdən artıqlaması ilə intiqam alınacağı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə