Suriyadan avqust ayında 100 mindən artıq qaçqın Türkiyə, İordaniya və Livana sığınıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə BMT rəsmi məlumat yayıb. Bildirilir ki, bu 2011-ci ildə münaqişə başlayandan bəri ən yüksək aylıq rəqəmdir. Ümumilikdə Suriyada qaçqınların sayı 254 minə çatıb. Suriya İnsan Haqları müşahidəçilərinin verdiyi məlumata görə, isə avqust ayında 5000-dən artıq adam münaqişə qurbanı olub. BMT Uşaq Fondu təkcə ötən həftə ərzində Suriyada 1600 adamın öldüyünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB