Arvadbaz Olland SUÇLAMA

Fransa prezidenti Fransua Olland keçmiş sevgilisi Segolen Royalın sərt tənqidlərinə tuş gəlib. Royal Ollandın qadın düşkünü olduğunu və prezidentlik dövrünün uğursuz romantik seriala bənzədiyini söyləyib. "Le Figaro" qəzetinə müsahibəsində o, prezidentin indiki sevgilisi, 47 yaşlıı Valeri Triervayler ilə olan çəkişməsi xəbərlərinin Ollanda ziyan vurduğunu deyib.

1995-2007-ci illər arasında Fransanın dövlət başçısı olan və qadın pərəstişkarları ilə yaxın əlaqələr qurması ilə tanınan Jak Şirak arasında müqayisə aparan Royal, sabiq prezidentin həyat yoldaşı Bernadette Şirakın "Həyat yoldaşımın ətrafında qızlar dolanır " sözlərini xatırladıb. Royal "Bunlar bəzən ailələr üçün yaxşı nəticələnmir" deyərək Triervaylerə sərt mesaj göndərib.

Royalı dəstəkləyənlər isə Triervaylerin bu sərt açıqlamalara layiq olduğunu düşünürlər.

Şəxsi həyatının və Ollandla Triervaylerin münasibətlərinin xəbərlərdə və kitablarda araşdırılmasının onun üçün iyrənc vəziyyət olduğunu söyləyən Royal "Kameralardan uzaqlaşmaq üçün monastırda yaşamağı da düşünürdüm. Amma sonra siyasi karyerama diqqət ayırmağa qərar verdim" deyib. Qeyd edək ki, Royal iyun ayında keçirilən parlament seçkilərində Triervaylerin dəstəklədiyi namizədə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə