Rusiyada ilin əvvəlindən bu günə kimi Şimal Qafqaz bölgəsində aparılan əməliyyatlarda təxminən 200 silahlının öldürüldüyü,230 silahlının isə həbs olunduğu bildirildi. SİA-nın xəbərinə görə, bu haqqda Rusiya Baş Prokrorluğundan mətubata məlumat verilib.
Ölkə daxilində baş verən 329 terror hadisəsinin 90%-i Şimali Qafqaz bölgəsinin payına düşüb. Bölgədə reallaşan hücumlarda isə 100-dən çox təhlükəsizlik işçisi həyatını itirib, 200-ü isə yaralanıb.
Qeyd edək ki, Rusiya daxilində ən çox terror hadisəsi Dağıstanda baş verib. Yalnız bu respublikadakı hücumlarda 60 təhlükəsizlik işçisi və 25 vətəndaş həyatını itirib,110-u isə yaralanıb.
Rusiya Milli Terrorla Mübarizə Komissiyasının sədr mavini Viktor Orlov da mətbuata etdiyi açıqlamasında terrorla mübarizə zamanı ilin əvvəlindən 300-dən çox bomba ələ keçərdiklərini bildirib. Orlovun sözlərinə görə, 90-dan çox terror hücumunun qarşısı vaxtında alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB