Moskvada Maykl Cozef Ceksonu sevərlər, sənətçinin 54-cü doğum günündə həsr olunan rəqs nümayişi ilə çıxış ediblər. Moskvanın Olimpiya idman sarayı qarşısında təşkil edilən açıq hava rəqsində, Ceksonun pərəstişkarı olan qrup yağışlı havanın olmasına baxmayaraq meydanı rəqsləriylə coşdurub.
Qeyd edək ki, 2009-ci ildə həyatını itirən Ceksonun geyim forması ilə səhnəyə çıxan rus fanatların rəqs performansıyla çıxış etməsi, tamaşaçılar tərəfindən hədsiz sevinclə izlənilib.
"Art-Mob Tribyut" qrupu tərəfindən təşkil edilən nümayişdə qrupun üzvü Anastasiya Serpuçenko, "Cekson elə bir əfsanədir ki, biz bu rəqsimiz ilə az da olsa onun sənətinin zirvəsinə yaxınlaşmağa çalışırıq", - deyərək hislərini və Maykl Ceksona olan hədsiz sevgisinin dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB