Suriyalı nazirdən Rəcəb Tayyib Ərdoğana: "Əllərini kəsərik"

Suriyalı nazirdən Rəcəb Tayyib Ərdoğana: "Əllərini kəsərik"

Suriyada uçuşa qadağan olunan bölgənin yaradılmasını təklif edən Türkiyəyə Şamdan sərt reaksiya verilib. SİA-nın xəbərinə görə, Suriya İnformasiya Naziri Ümran əz Zabi paytaxt Şamda təşkil etdiyi mətbuat konfransında sərhəddə etibarlı bölgələrin yaradılmasının Suriya gündəmində olduğunu bildirib. Suriyalı nazir: "Kim milli suverenliyimizə toxunsa, əllərini kəsərik. Hər hansı bir müdaxiləyə qarşı Suriyanın reaksiyası dəqiq bir şəkildə nümayiş olunacaq. Suriyada silahlı üsyançılar tamamilə məhv olmayana qədər müxaliflərlə müzakirə masasına oturmayacağıq", -deyə o qeyd edib.

Suriyada baş verənləri böyük bir sui-qəsd kimi qiymətləndirən Zabi Türkiyənin suriyalı müxalifləri silahlandırdığına dair əlində güclü dəlillər olduğunu iddia edib.

Suriyanın BMT-də və Ərəb Birliyi Liqasındakı nümayəndəsi Lakhdar Brahimiyə əlindən gələn köməyi edəcəyini ifadə edən Zabi: "Annana da kömək etdik. O Qatar, Türkiyə və Səudiyyə Ərəbistanının Şamı günahlandırmalarını müdafiə etdiyinə görə müvəffəqiyyətsiz oldu" -deyib.

Zabi Şamdan icazə almadan Suriyaya girən xarici jurnalistləri də xəbərdar edib: "Qeyri-qanuni yollardan daxil olan bir müxbir iki səhv edir. Birincisi, Suriya qanunlarını pozur, ikincisi peşəsinin sərhədini aşır".

Bütün xəbərlər Facebook səhifəmizdə