70 general təqaüdə çıxarılıb

70 general təqaüdə çıxarılıb

Misir Prezidenti Məhəmməd Mursinin orduda keçirdiyi islahatlar 70 generalın təqaüdə çıxması ilə nəticələnib. Keçən ay Müdafiə nazirliyində nazir vəzifəsinə yeni təyin olunan general Abdulfettah əl Sisinin əmrilə 70 general təqaüdə çıxarılıb. Misir mətbuatı təqaüd adı ilə generalların başqa məqsədlərlə ordudan uzaqlaşdırıldığını yazıb. Hərbi mütəxəssislər isə Mursinin illərdir yaşlı və gənc zabitlər arasında gedən çəkişməyə son vermək məqsədiylə yeni qərarı tətbiq etdiyini bildirib. Misir ordusundakı yaşlı zabitlərin daha gənc zabitlərin əhəmiyyətli vəzifələrə gəlməsinin qarşısını aldığı məlum olub. Ötən illər generalların təqaüdə çıxdıqdan sonra da Misir bürokratiyasında qubernatorluq da daxil olmaqla çox əhəmiyyətli vəzifələrdə işləməyə başladıqları açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə