Avropanın qeyri-dəqiq işləyən hava limanı hansıdır?

Avropanın qeyri-dəqiq işləyən hava limanı hansıdır?

Avropada ən qeyri-dəqiq hava limanı Londonun Hitrou aeroportu hesab edilib. Britaniyanın 1 nömrəli hava limanı gələn reyslərin ləngiməsinə görə Avropada birinci yeri tutub. Bu barədə Avropa ölkələrində hava nəqliyyatının hərəkətinə nəzarət edən "Avronəzarət" təşkilatının məruzəsində bildirilib.

İkinci yeri Almaniyanın Frankfurt-Mayn şəhərinin, üçüncü yeri isə Parisin Şarl de Qol hava limanları tutur.

Analitiklər bütün bu hava limanlarında reyslərin ləngiməsini qeydə almışlar. Hitrouda təyyarələr gündə ümumilikdə 1 676 dəqiqə, Frankfurt-Maynda 1 410 dəqiqə gecikir.

Almaniya hava limanı gündə orta hesabla 698, London hava limanı isə 667 reys qəbul edir. Parisin Şarl de Qol aeroportuna isə bir gündə 721 təyyarə gəlir.

"The Telegraph" qəzeti yazır ki, Avropanın ən dəqiq işləyən aeroportları İstanbulun Atatürk, Amsterdamın Sxiphol və İsveçrənin Sürix hava limanlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə