ABŞ-a adekvat cavab veriləcək

Əgər ABŞ Suriyaya hücum edərsə, İran kənarda qalmayacaq və buna adekvat cavab verəcək. SİA "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam keşikçiləri inqilabı korpusunun mədəniyyət və təbliğat bölməsinin rəhbəri Muhəmməd Əli Assudi bildirib.

"Əgər Amerika Suriyaya hücum edərsə, o zaman İran və digər müttəfiqləri adekvat addımlar atacaq, bu isə ABŞ-nın fiaskosu ilə nəticələnəcək. ABŞ-nın Suriyaya hücum edəcəyi təqdirdə müttəfiqlərin Suriya ilə bağlı hərbi sazişi qüvvəyə minəcək", - deyə Assudi vurğulayıb.

Xatırladaq ki, haqqında danışılan müqavilə 6 il öncə İran və Suriya arasında imzalanıb. Ehtimal olunur ki, bu sazişə bəzi digər ölkələr də qoşulub.

Onu qeyd edək ki, rəsmi Tehran Qərb ölkələrinin Suriya müxalifətinə dəstək verməsinə dəfələrlə etirazını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə