Avqust ayı suriyalıların yaddaşına qara hərflərlə yazıldı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə hökm sürən 18 aylıq üsyanda bu ayda 5000-dən çox insan həlak olub. Buna görə də avqust ölkə vətəndaşları üçün ən qanlı ay olub.
Qarşıdurmaların Hələbə keçməsi nəticəsində ölümlərin artdığı Suriyada dövlət və ölkədə hökm sürən rejimə qarşı mübarizə aparan silahlı qruplar bir- birilərini qırğın törətməkdə günahlandırırlar.
Suriyada davam edən müharibədə ölənlərin sayını isə İngiltərə İnsan Hüquqları Müşahidə təşkilatı yayıb. Təşkilat avqust ayında 4114 vətəndaşın, ümumilikdə isə 5440 nəfərin həyatını itirdiyini açıqlayıb. Ölümlərin məhz bu ayda artmasının səbəbi kimi hakimiyyətlə mübarizə aparan qrupların savaşının Hələbə keçməsi göstərilir.
Birləşmiş Millətlər Təşkilatının xeyriyyə təşkilatı olan UNİCEF-in açıqlamasında isə Suriyada 18 ay davam edən üsyanda tək bir həftənin göstəricisi 600-dür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB