İranla Misir arasında QALMAQAL

İran dövlət televiziyası Misir prezidenti Məhəmməd Mursinin Tehrandakı çıxışını qəsdən dəyişdirib. Məlumatı xəbər agentlikləri yayıb. Xəbərə görə, Suriya ilə bağlı sərt sözlərini "Bəhreyn" kimi verən televiziya, çıxışdakı Suriya ilə bağlı bütün sözləri səhv tərcümə edib.

Tehranda keçirilən Qoşulmama Hərəkatı zirvə toplantısına qatılan Mursi, "Zalım Suriya rejiminin qarşısında Suriya xalqının yanındayıq" açıqlamasını vermişdi. İslam İnqilabından sonra ilk dəfə Tehrana səfər edən ilk Misir prezidenti Mursinin bu açıqlaması İran rejiminə pis təsir etmişdi. Suriya nümayəndə heyəti isə toplantını tərk etmişdi.

İran televiziyası Misir prezidentinin, "Suriya və Fələstin xalqı azadlıq və ədalətə qovuşmaq üçün mübarizə aparır" ifadəsini "Fələstin və Bəhreyn xalqı" kimi tərcümə etmişdi. Mursinin, "Hər cür zülm və təzyiqə məruz qalan Suriya xalqını dəstəkləyirik" cümləsi isə, "Hər cür təxribata qarşı Suriya hakimiyyətini dəstəkləyirik" kimi təqdim olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə