Suriyanın Hələb şəhərində hökumət qüvvələri üsyançılara qarşı irimiqyaslı əməliyyatlara başlayıb. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün Əsəd ordusu Zəhra rayonunda döyüşən onlarla üsyançının gizləndiyi məntəqələrə havadan zərbələr endirib. Nəticədə azı 40 nəfərin öldürüldüyü bildirilir.
Fəallar bir qədər əvvəl həmin bölgələrdə üsyançılarla hökumət qüvvələri arasında ciddi döyüşlərin getdiyini xəbər veriblər. Əmiriyyə rayonunda çəkilmiş həvəskar kadrlarda Azad Suriya Ordusu ilə Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalar öz əksini tapıb. Döyüşlər zamanı bölgədə bir neçə yaşayış məntəqəsi yandırılıb. Mülki vətəndaşlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Fəallar hazırda şəhərin yarısına üsyançıların nəzarət etdiyini bildiriblər.
Ötən gün, həmçinin, paytaxt Dəməşqlə yanaşı, Hələb, Homs, İdlib və Dəraa şəhərləində cümə namazından sonra yüzlərlə insan Əsəd rejiminə qarşı etiraz aksiyası keçirib. Aksiyada Əsədin hakmiyyəti tərk etməsi tələb edilib.
Bu arada, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı son vəziyyət bağlı fikir səsləndirib.
"Düşünürəm ki, Əsəd artıq siyasi ömrünü başa vurub. İndi o, ölkəsində davam edən daxili müharibənin bir aktyoru kimi fəaliyyət göstərir. Türkiyə Əsəd və onun tərəfdarlarının deyil, Suriya xalqının yanındadır", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Suriya müxalifəti ötən ilin mart ayından etibarən davam edən döyüşlərdə 20 mindən çox insanın öldürüldüyünü bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB