Almaniyanın Noyköln əyalətinin Kolumbiadam şəhərində müsəlmanlar yeni problemlə üzləşiblər. Belə ki, bu şəhərdə yerləşən müsəlman qəbiristanlığı bu il oktyabrın sonunda bağlanacaq. Buna səbəb qəbiristanlıq ərazisində boş yerin qalmamasıdır.
Səudiyyə Ərəbistanının "assakina.com" saytının xəbərinə görə, müsəlmanlar ətrafda olan boş ərazi hesabına qəbiristanlığın genişləndirilməsi üçün Noyköln senatına müraciət etsələr də, rədd cavabı alıblar. Bu səbəbdən şəhərdə yaşayan müsəlmanlar vəfat edənləri dəfn etmək üçün ətraf bölgələrə getməli olacaqlar.
Berlin Türk Birliyinin rəhbəri Bəkir Yılmaz məsələyə münasibət bildirərkən deyib ki, bu addım, regionda yaşayan müsəlmanlar üçün çox məyusedicidir. O, hesab edir ki, məsələ ilə bağlı yaranan problem daha da böyüyəcək. Çünki müsəlmanların növbəti tələbi yeni müsəlman qəbiristanlığı üçün yer ayrılması ilə bağlı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB