"İran: həyat, yoxsa ölüm" VİDEO

"İran: həyat, yoxsa ölüm" VİDEO

İran. Son dövrlərin haqqında ən çox söhbət açılan mövzularından biri də bu ölkə ilə bağlıdır. Gah ABŞ, gah da İsrail tərəfindən ona qarşı yönələn təhdidli bəyanatlar səngimək bilmir. Doğrudur, Tehran təmsilçilərinin də borclu qaldıqlarını söyləmək olmaz. Onlar da vaxtaşırı Qərbə münasibətdə açıq demarş xarakteri daşıyan bəyanatlar səsləndirirlər. Elə bu günlərdə İran prezidenti Mahmud Əhmədinecatın İsrail və ABŞ əleyhinə sərt fikirləri də buna misaldır. Bəs, görəsən, qonşuluğumuzda yerləşən İslam Respublikası nəyə görə hiddət hədəfidir? Rusiya Strateji Tədqiqatlar İnstitutunun hazırladığı "İran: həyat, yoxsa ölüm" sənədli filmi məsələyə aydınlıq gətirmək, ümumən beynəlxalq siyasi vəziyyətin təhlilini vermək baxımından maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə