NASA uzun müddət Ayda qalmaq üçün proqram hazırlayır və orada kosmik bazalar yaratmaq niyyətindədir. "RİA Novosti" xəbər verir ki, bu barədə aerokosmik agentliyin rəsmi nümayəndəsi Maykl Serber Moskvada keçirilən Beynəlxalq Aerokosmik Konqresdəki hesabatında bildirib.
"Biz Aya qayıtmaq istəyirik və orada uzun müddət qalmaq istəyirik", deyə Serber vurğulayıb. Onun sözlərinə görə, Beynəlxalq Kosmik Stansiya əvvəkitək yenə də əsas kosmik kompleksi özündə birləşdirir və 2020-ci ilədək Aya, Marsa uçuşlar etmək üçün yeni texnoloji aparatlar hazırlayacaq.
NASA rəsmisi deyib ki, kosmik uçuşlar bunula kifayətlənməyəcək və agentlik Günəş sistemi üzrə irəliləyişlər etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB