Türk ordusu Qomоn dağına desant çıxardı

Türk ordusu Qomоn dağına desant çıxardı

Türk ordusu PKK-nın işğalı altında olan Qomоn dağına desant çıxardı. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin cənubi-şərqində yerləşən Şəmdinlidəki Qomon dağında hərbi əməliyyat gedir.

Hakkari və Yüsekovadan gələn hərbi helikopterlər Şemdinli rayon mərkəzində yerləşən 34-cü sərhədd komando taburundan xüsusi təyinatlı antiterror qruplarını Qomon dağına apardı.

PKK-nın daha aktiv olduğu bu bölgədə genişmiqyaslı əməliyyatlar başlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə