ABŞ Fransanın Suriya planına qarşı

ABŞ Fransanın Suriya planına qarşı

ABŞ Fransa prezidenti Fransua Hollandın Suriyalı müxaliflərə təcili olaraq keçid hökuməti qurmaq təklifinə qarşı çıxdı. SİA-nın məlumatına görə, ABŞ səlahiyyətliləri Bəşər Əsəd hökumətinə müxalifətdə duranların hələ dağınıq olmasını əsas gətirərək belə bir cəhdin erkən olduğunu bildirib.

Adı açıqlanmayan amerikalı səlahiyyətlisi bildirib ki, Fransanın etdiyi bu cəhdlər Suriyadakı qarşıdurmaları aradan qaldırmaq gücündə deyil. ABŞ rəhbərliyi Hollandın təklifinə alternativ və yaxud dəstək fikrinu yaxın zamanda açıqlayacaq.

Qeyd edək ki, Holland suriyalı müxaliflərin quracağı keçid hökumətini tanımaya hazır olduğunu söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə