Belarus xüsusi təyinatlılarına təlimi almanlar keçib

Belarus milis və xüsusi təyinatlılarına Almanlar 4 il ərzində təlim keçiblər. Peşəkarlığın artırılması kurslarını bu müddət ərzində 500-dən çox təhlükəsizlik xidməti orqanlarının əməkdaşı keçib. Alman jurnalistlərinin üstünü açdığı bu faktı artıq Almaniyanın daxili işlər nazirliyində də təsdiqləyiblər.

Mənbə təlimlərin 2010-cu ildə dayandırıldığını bildirib. Xatırladaq ki, məhz həmin ildə Belarusda prezident seçkiləri olmuşdu və onda xüsusi təyinatlılar küçə mitinqləri və nümayişlərini dağıtmaqda xüsusi peşəkarlıq və qəddarlıq nümayiş etdirmişdi. Amma, təlim kurslarının dayandırılmasının bununla bağlı olmadığı iddia edilir. Məsələyə münasibət bildirən Almaniya Xarici İşlər nazirliyinin məlumatında deyilir ki, təkcə kurslarla belorus milisini avropa standartları səviyyəsinə çatdırmaq sadəcə olaraq mümkün olmadığı üçün bu əməkdaşlıq dayandırılıb.

Nazirlikdə xüsusi olaraq onu da vurğulayıblar ki, beloruslar almaniyada yalnız nəzəriyyə ilə tanış olublar və silahla praktiki məşğələlərdə iştirak etməyiblər.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...