Tuncelidə 2 polis bölməsiyə hücum

Tuncelidə 2 polis bölməsiyə hücum

Türkiyədə PKK yaraqlılarının hücumu dünən axşam saatlarında da reallaşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK-lılar Hozat mahalının Ucaldı jandarma polis bölməsinə 3 ayrı yerdən ağır silahlarla, həmçinin hücum edən daha sonra raketatanlarla hücum ediblər. Hücumlar nəticəsində ölən və yaralanan olmasa da terrorçuların hücum etdikləri yerlər toplardan atılan mərmilərlə dağıdılıb. PKK silahlıları arasında itkilərin olduğu barədə məlumatlar var.

Tunceli jandarma bölgə komandanlığının yerləşdiyi bazadan havaya qalxan iki "Kobra" vertolyotunun dəstəyi ilə ərazidə geniş axtarış əməliyyatlarına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə