İspaniyada iş yerlərini itirənlərin sayı artır

İspaniyada iş yerlərini itirənlərin sayı artır

Maliyyə böhranının hökm sürdüyü son iki ildə İspaniyanın Kataloniya bölgəsində ümumilikdə 500 min iş yeri bağlanıb. Avrostatın məlumatına görə, İspaniyada böhran ən çox inşaat sektoruna təsir edib. Bir il ərzində Kataloniyada 203 min 553 iş yeri bağlanıb. Bu isə tikinti sektorunda çalışanların 51 faizinin işini itirməsi deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ən yüksək göstəricidir. Sənaye sektorunda iş yerlərində 25 faiz, xidmət sahələrində 6 faiz, kənd təsərrüfatında isə 23 faiz azalma qeydə alınıb.

Həmkarlar ittifaqının katibi Kamila Rosanın sözlərinə görə, İspaniyada keçirilən əmək islahatları səbəbindən bu rəqəmlər bütün sektorlarda artmaqda davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə