Baş nazir təyyarələrini satır

Baş nazir təyyarələrini satır

Hökumət nümayəndələri tərəfindən istifadə edilən 3 təyyarədən biri satışa çıxarılıb. İqtisadi böhranla mübarizə aparan Yunanıstanda hər sahədə qənaət axtarışında olan hökumət, hökumət rəsmiləri tərəfindən VIP uçuşlar üçün istifadə olunan 3 xüsusi təyyarədən birinin satılmasına, digərlərinin isə ordu ilə müştərək istifadə olunması üçün statuslarının dəyişdirilməsinə qərar verib.

Baş nazir Andonis Samaras hökumətə aid EMBRAER tipli iki ədəd reaktiv təyyarədən birinin satılaraq gəlirlərinin ordunun ehtiyacları üçün sərf edilməsinə, digərinin təlim və təcili yardım məqsədli istifadə üçün orduya təhvil verilməsinə, Gulfstream V tipli təyyarənin isə hökumət və ordu tərəfindən ortaq istifadə olunması haqqında təlimat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə