Əsgərlərdən dəhşətli etiraflar

İsrail ordusunun təqaüdçü işçilərinin yaratdığı "Breaking the silence" ("Səssizliyi pozmaq") adlı təşkilat keçmiş 30 əsgərin etiraflarını yayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, əsgərlərin verdiyi hesabatda bildirilir ki, Qəzzada 16 yaşdan kiçik uşaqlar israilli əsgərlərə daş atdıqlarına görə nəzarətdə saxlanırlar.

Təşkilat üzvləri uşaqların şiddətə məruz qaldıqlarını söyləyiblər: "Komandirimiz bir uşağın ağzına silah dayadı. Uşaq onsuz da gücbəla yeriyə bilirdi. Sonra biz onu sürüdük.

Komandir bizə dedi ki, "Bu uşaq bir də daş atarsa, onu öldürün. Mərhəmət göstərməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə