Deyəsən bir müddət öncə sanballı alman deputatlarından birinin "Yunanıstan qoy borcunun əvəzində ərazisindən bir hissəsini satsın" bəyanatı boş yerə atılan daş deyilmiş. SİA-nın Almaniya bürosunun verdiyi məlumata görə, həmin vaxt Yunanıstanda bəyanat müəllifini hiddətli tənqid atəşinə tutmuşdular. Alman deputatı az qala yunan xalqının bir nomrəli düşməni elan etmişdilər.
İndi isə bənzər bəyanat Yunanıstanın baş nazirinin dilindən səslənib!!! Baş nazir bu günlərdə Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibəsində deyib ki, onun hökuməti ölkənin milli ərazisinin bir hissəsini borcların əvəzində sata bilər. Əlbəttə, cənab Samarans bunun necə baş verə biləcəyini tam olaraq açıqlamayıb və məsələyə ikibaşlı yanaşıb, amma, hər halda müşahidəçilər bunu yaydan atılmış oxa bənzədirlər. Baş nazir qiymətin ucuz olmayacağını da deyib. Onun sozlərinə görə, Yunanıstan yorpağının bir hissəsini satarsa, heç də "ucuzçuluq" eləməyəcək. Əməlli-başlı alver edə biləcəklərinə işarə edən baş nazir torpaqları icarəyə də verə biləcəklərini deyib. Əslində bu məsələnin kökü bir qədər əvvələ gedib çıxır. Hələ 2010-cu ildə denya mətbuatında Yunanıstanın öz adalarından bir neçəsini sataraq borcunu ödəməsi variantı müzakirə olunmuşdu. Onda bu məsələyə yalnız mətbuatın soz oynatması kimi baxmışdılar. Sonra alman deputatın dilindən bəyanat bir az rəsmi xarakter aldı. Hər iki halda Yunanıstanda mövqe qəti etirazla müşahidə olunmuşdu. İndi isə yunanların öz rəhbəri bunu bəyan edir. Və təsadüfən deyil. Yunanıstan borclarını qaytaracağı barədə mütləq avropanı inandırmalı və əlavə müddət almalıdır. Ötən həftə Yunanıstan baş nazirinin belə bir istəyinə isə ilk reaksiya mənfi oldu. İlk bəyanat da Almaniyanın maliyyə naziri, ciddi qayda-qanun sevən Volfqanq Şoybledən gəldi. Cənab Şoyble Yunanıstana yeni bir müddətin verilməyəcəyini bildirdi:"Yardımı alıb, heç bir şey etməyərək bir müddət sonra gəlib demək ki, mənə zaman lazımdır, çox qeyri-ciddidir və bununla aksiyaların qiymətini qaldırmaq olmaz".
O, yeni müddətin yeni məbləğ demək olduğuna işarə vurdu. Bu əslində əksəriyyət müşahidəçilərin fikridir, sadəcə Volfqanq Şoyble çəkinmədən bunu yunanlara eşitdirib. Baş nazirin şəxsində torpaqları satmaq variantı da əksər müşahidəçilər tərəfindən aldadıcı jest kimi qəbul edilir. Samarans Avropada çox ciddi qəbul edilməyən siyasətçidir. Cəmi bir il öncə müxalifətdə olduğu vaxt o büdcəni azaltmağa qarşı çıxış edənlərdən idi.
Şahin Abasov,
SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB