Türkyədə neft kəməri partladıldı

Türkyədə neft kəməri partladıldı

Türkiyənin cənub-qərbində İraqdan neft nəqlini təmin edən magistral kəmər partladılıb. Hadisəni həm Türkiyə, həm də İraq tərəfi təsdiqləyib. "Frans Press"in məlumatına görə, partlayış Silopi və Cizre inzibati rayonlarının sərhədin, Şırnak vilayətində baş verib. Partlayışdan sonra güclü yanğın başlayıb.

Türkiyənin təhlükəsizlik qüvvələri hadisə terror aktı kimi qiymətləndiriblər və PKK terror təşkilatını ittiham ediblər. PKK isə partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

"Türkiyədəki neft kəmərində baş vermiş partlayışla əlaqədar Kərkükdəki yataqlardan neftin Ceyhan limanına nəqli dayandırılıb", - İraqın neft nazirliyinin mətbuat katibi Assem Cihad bildirib. İraq Türkiyəni paralel neft kəmərinin gücünü artırmağa və neft nəqlinin azalmasına imkan verməməyə çağırıb.

Normal reximdə Kərkük-Ceyhan neft kəməri ilə hər gün 45-500 min barel neft nəql edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə