İraqda briqada generalı Əbdül Hüseyn Möhsen öldürülüb. O, ölkənin sərhəd qüvvələrinin komandanı vəzifəsini tuturdu. İraqın Daxili İşlər Nazirliyinin məlumatına görə, general Bağdadın 30 kilometrliyindəki Taci şəhərində silahlı hücumun qurbanı olub.
Hərbi hospitalın nümayəndəsi deyib ki, general ölümə səbəb olan çoxsaylı güllə yaraları alıb. Hüquq-mühafizə orqanları yüksək rütbəli hərbçinin qətlinin arxasında kimin dura biləcəyini araşdırır. Hələlik heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB