Paris növbəti münaqişə ocağı yandırır

Fransa Suriya müxalifətini yeni hökumət yaratmağa çağırdı
Paris növbəti münaqişə ocağı yandırır

Fransa prezidenti Fransua Olland Suriya müxalifətini keçid hökuməti yaratmağa çağırıb. "RİA Novosti"nin verdiyi məlumata görə, Fransa prezidenti bu hökuməti tanımağa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Fransa Suriya müxalifətindən Suriyanın legitim nümayəndəsi ola biləcək keçid hökuməti yaratmağı tələb edir: "Fransa yeni Suriya hökuməti yaranan kimi onu tanıyacaq".

F.Olland həmçinin Suriyada bufer zonalarının yaradılması üzərində işlədiklərini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə