Dünyanın ən böyük beşinci neft istehsalçı ölkəsi olan Venesuela neft sənayesində meydana gələn ən ölümcül fəlakətlərdən birini yaşayıb. SİA-nın məlumatına görə, Venesuelanın ən böyük neftayırma zavodunda partlayış baş verib.
Alovun 30 metr hündürlüyə çatdığı yanğında 39 nəfər həyatını itirib, 80-dən çox adam yaralanıb, yüzlərlə ev isə kül olub. Mütəxəssislər bildiriblər ki, qəzanın baş verməsində Uqo Çaves rəhbərliyinin günahı var. Neft naziri və dövlət neft şirkəti PDVSA-in prezidenti Rafael Ramiraz havaların isti keçməsi səbəbilə qaz borularında həddində artıq qaz yığışması nəticəsində partlayışın baş verdiyini deyib. Bəzi neft işçiləri və müxalifət isə partlayışın səbəbini Sosialist Dövlət Başçısı Uqo Çavezin keçirdiyi islahatlar nəticəsində neftayırma zavodunda meydana gələn çatışmazlıqlarda görüb. Uqo Çaves təcili istintaq əmri verərək ölkədə 3 günlük mətəm elan edib.
Qeyd edək ki, ölkənin şimal-şərqindəki Falcon bölgəsində yerləşən ən böyük neftayırma zavodu olan "Paraguana Neftayırma zavodu Mərkəzi"nin filiyalı – Amuaydə gündə 645 min vedrə neft çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB