Suriyada səfərdə olan İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdinin başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. SİA-nın məlumatına görə, ikitərəfli görüşdən sonra məbuat konfransı keçirən Əlaəddin Burucerdinin bildirib ki, Bəşər Əsəd müxalifətlə danışıqıar aparmağa hazırdır.
"Euronews" kanalının verdiyi məlumat görə, İran parlamenti rəsmisi qeyd edib ki, Suriya hökumətinin dialoqu qəbul etməsi müsbət addımdır. Bəşər Əsəd kimi müxalifət və onları dəstəkləyən ölkələr dialoqu qəbul etsə bu ölkədə sabitliyin yaranmasına yol açacaq. Bundan başqa ölkədəki hərbi siaysi münaqişənin aradan qaldırılması üçün Türkiyədən, Səudiyyə Ərəbistanından və Misirdəndə təkliflər gəlib. İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdini bildirib ki, rəsmi Tehran bu təklifə mübət yanaşır. Hökumətin dialoqa razılıq verdiyi bir ərəfədə müxalifət qüvvələri internet vasitəsi ilə Bəşər Əsəd rejimi əlehinə məlumatlar yayırlar. Belə ki, müxalifət qüvvələri ötən gün rejimin 300-dən artıq günahsız insanın qətlə yetirildiyi bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB