Qəzada 3 nəfər sağ qaldı

Çinin Şaanşi əyalətinin Yenan şəhərində sərnişin avtobusunun tankerlə toqquşması nəticəsində 36 adam həyatını itirib. SİA-nın Şinhua agentliyinə istinadən verdiyi xəbərə görə, Yenan şəhərindəki yolda meydana gələn qəzada iki mərtəbəli sərnişin avtobusu yüksək metanol maddəsilə yüklənmiş tankerə arxadan çırpılıb. Toqquşma nəticəsində yanan avtobusda olan 39 sərnişindən 36-sı həyatını diri-diri yanıb.

Qəzadan xilas olmağı bacaran üç nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

Rəsmi məlumatlara görə, Çində meydana gələn yol qəzalarında hər il orta hesabla 70 min adam həyatını itirir, 300 min adam yaralanır.

Bütün xəbərlər Facebook səhifəmizdə