Şimali İraqa bomba yağdı

Son terror aktlarından və PKK terrorçularının ordu və polis birliklərinə qarşı qurduqları xain pusqular, Türkiyədə həm ictimayyətin həm də hökumətin səbir kasasını daşırdı. Türkiyənin hiddəti bomba olub Şimali İraqa yağdı! Diyarbəkir Hərbi hava bazasından havalanan onlarla F-16 təyyarəsi İraqın şimalını bomba yağışına tutdu.

Pilotsuz təyyarələrin qatıldığı hava əməliyyatı bu gün sübhdən başlayaraq günorta saatlarına qədər davam edib. Qəndil, Zap, Hakurk vı Cudi düşərgələrinə tonlarla bomba yağdıran F-16-lar sağ salamat bazaya geri dönüblər.

PKK-nın bir neçə düşərgəsinin məhv edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə