Aya ilk dəfə ayaq basan insan vəfat edib

Aya ilk dəfə ayaq basan insan vəfat edib

"Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır". Bu məşhur kəlmənin müəllifi, Aya ilk addım atan Amerikanın tanınmış astronavtı Nil Armstronq dünyanı yenə də tərk etdi. Amma bu dəfə əbədi. Həyata gözlərini yuman 82 yaşlı əfsanə indi amerikalıların xatirələrində yaşayacaq.

Nil Armstronq 82 yaşında vəfat edib. Ürəyində yaranmış problemlə əlaqədar bir neçə gün əvvəl əməliyyat keçirən Armstronqun həyatını xilas etmək mümkün olmayıb. Nil Armstronq 1969-cu il iyulun 20-də Apollo-11 kosmik gəmisi ilə Ayın üzərinə enən zaman ilk hərəkətlərinin yayımlanması ilə bütün dünyanın qəhrəmanına çevrilmişdi. Ay üzərində 8 gün 12 saat qaldıqdan sonra Yer kürəsinə qayıtmışdır.

Azərbaycan teleməkanında ilk dəfə olaraq məhz ANS televiziyası 2009-cu ildə kosmosu fəth eləyənlərin, Nil Armstronqun doğma iş yeri, dünyanın ən böyük kosmik agentliyi olan NASA-da çəkiliş aparmaq imkanı qazanmışdır. 1969-cu ildə Nil Armstronqla birgə Aya ilk uçan qrupun tərkibində olan Tomas Stafford ANS-in əməkdaşına müsahibə verərək öz təəssüratları ilə bölüşüb. Yaxın həmkarı, məşhur Nil Armstronqla bağlı öz xatirələrini bölüşən Tomas Stafford da Ayı fəth edən "Apollo" komandasının üzvlərindən biridir. Dostları Nil Armstronqu səbrli və emosiyasız qərarlar qəbul etdiyinə görə buz ürəkli kapitan adlandırıblar. Aya səfər edəndən sonra NASA-da uzun müddət işləyən və bir müddət hətta ticarətlə məşğul olan şirkətin rəhbəri də olan astronavtın adı bəşər tarixinin səhifələrinə həmişəlik həkk olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə