Jurnalistlərin həbsi qadağan edildi

Jurnalistlərin həbsi qadağan edildi

Misir prezidenti Məhəmməd Mursi bu gün ictimai cinayətlərdə şübhəli bilinən jurnalistlərinin ilkin həbsini qadağan edən qanun imzalayıb. Bu barədə Egypt Independent yazıb.

O həmçinin prezidenti təhqir etməkdə ittiham olunan "Dustur" qəzetinin baş redaktoru İslam Afifinin azadlığa buraxılmasına da göstəriş verib. Prokurorlar artıq bu yöndə işlər görürlər.

Qeyd edək ki, Afifinin qəzeti anti-hökumət mövqeyinə görə hakimiyyət tərəfindən təqib olunurdu. O həmçinin cəmiyyətin sabitliyini pozan və vahimə yaradan şayiələrin yayılmasında günahlandırılırdı.

Baş redaktor avqustun 13-də saxlanılmışdı. Məhkəməsi isə 16 sentyabrda keçiriləcəkdi.

Onun həbsi həmkarları, müxalif siyasətçilər və ictimaiyyət nümayəndələri tərəfindən tənqid olunmuşdu.

Xatırladaq ki, bu gün Misirdə Mursi əleyhinə kütləvi aksiyalar keçiriləcəkdi. Aksiyanın əsas tələbi ölkədə söz azadlığının tələb idi.

Bütün xəbərlər Facebook səhifəmizdə