Mədəni miras satıldı

Bourgognedəki üzüm bağlarının Çin firmasına satılması fransızları özündən çıxarıb. Fransız şərab istehsalçıları XII əsrdən qalma tarixi şərab qalası Gevrey-Chembertin və üzüm bağının çinli iş adamına satılmasına sərt reaksiya veriblər. Bourgogne Şərab İstehsalçıları dərnəyi mədəni mirasa kifayət qədər sahib çıxılmamasını sərt bir şəkildə tənqid ediblər.

Fransadakı Sağ Milli Cəbhə Partiyası da şərab qalasının və üzüm bağının yerli istehsalçılara satılması üçün hökumətin lazımı dəstəyi verməməsinə reaksiya verib. Partiya üzvləri: "Xarici sərmayə mədəni mirası ələ keçirdi'' -deyə iddia irəli sürərərk hökumətin bu məsələyə səssiz qalmasını tənqid ediblər.

Qeyd edək ki, şərab qalası və 2 hektarlık üzüm bağı 8 milyon avro qarşılığında çinli iş adamına satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə