Texas əyalətinin Lubock bölgəsinin hakimi Tom Head Barak Obamanın təkrar prezident seçilməsinin xalq qiyamı ilə nəticələnəcəyini iddia edib. Head: "Obama 6 Noyabrda yenidən prezident seçilsə ölkədə xalq qiyamları və vətəndaş müharibəsi olacaq" -deyə bildirib.
Hakim bu vəziyyətdə Obamanın BMT-dən yardım istəyəcəyini də deyib. Onun sözlərinə görə, vətəndaş müharibəsinin olması ehtimalını düşünərək buna hazır olmaq lazımdır. Head vətəndaş müharibəsinin qarşısını almaq üçün isə vergilərin artırılması şərtini irəli sürüb.
Respublikaçılar Partiyasının nümayəndəsi Head: "Naşı istəmirəm. Öyrədilmiş personal istəyirəm. Düşməni zirehli vasitələrin qarşısında qarşılayacağam" -deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB